ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhədə səddin ucaldılması layihəsini ən qısa zamanda reallaşdıracağını vəd edib.
Xatırladaq ki, Meksika ilə sərhəddə səddin ucaldılması Trampın seçkiqabağı səsləndirdiyi əsas vədlərdən biri olub.
Qeyd edək ki, prezident vəzifəsinin icrasına başladıqdan sonra Tramp hasarın tikilməsi ilə bağlı müvafiq layihənin hazırlanmasına dair fərman imzalayıb. Tikintinin maliyyələşdirilməsi üçün mənbələr hələ ki müəyyən ediblər.