ABŞ prezidenti Donald Tramp ölkə prezidentliyinə sabiq namizəd Hillari Klintonun köməkçisi Huma Abedini həbs etməyə çağırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp “Tvitter”də yazıb.
“Fırıldaqçılığa meylli Hillari Klintonun köməkçisi Huma Abedin təhlükəsizliyə dair əsas protokollara əməl etməkdən imtina edir. O məxfi parolları xarici casuslara, demək olar ki, vermiş oldu... Həbsxana!”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, Huma Abedinin həyat yoldaşı intim şəkillər yaydığına görə ötən il 21 ay həbs cəzasına məhkum edilib.