Tillerson: Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını xahiş edirlər
14 iyun 2017 06:58 (UTC +04:00)

Tillerson: Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını xahiş edirlər

0

ABŞ-ın Avropa, Asiya və Yaxın şərqdəki müttəfiq və tərəfdaşları Vaşinqtondan Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını xahiş edirlər. APA-nın xəbərinə görə, bu barədə dövlət katibi Reks Tillerson Senatda dinləmələr zamanı deyib.   

 

“Onlar deyir: Xahiş edirik, Rusiya ilə münasibətlərlə məşğul olun, onlar yaxşılaşmalıdır.  Onlar əmindirlər ki, münasibətlərin daha da pisləşməsi onların da vəziyyətindən yan keçməyəcək”, - deyə Tilerson qeyd edib.

 

Onun sözlərinə görə, bu Amerikanın yanaşmasıdır.

 

Bundan əvvəl Tillerson ABŞ-Rusiya münasibətlərinin ən aşağı həddə çatdığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar