Gürcüstan paytaxtında şəhər sakini mənzilində marixuana becərib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat xidməti bildirib ki, saxlanılan Serqo adlı şəxsin mənzilindən polietilen paketlərə qablaşdırılan 400 qram marixuana götürülüb. Bundan başqa, mənzildə gül dibçəklərində və şüşə qablarda marixuana bitkisinin becərildiyi istixana aşkar edilib. Həmçinin, mənzildə narkotik maddələr hazırlamaq üçün avadanlıq tapılıb.
Gürcüstan qanunlarına görə, qanunsuz hazırlanan və saxlanılan, daşınan, göndərilən narkotik maddələrə görə, Gürcüstan CM 260-cı maddəsinin 2-ci bəndinə əsasən, həmin şəxsi 7 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.