Təyyarənin qanadına girən piton yolda öldü
11 yanvar 2013 14:05 (UTC +04:00)

Təyyarənin qanadına girən piton yolda öldü

Avstraliyadan Papua-Yeni Qvineyaya uçan sərnişin təyyarəsinin qanadında qalan 3 metrlik nəhəng piton sərnişinlərə həyəcanlı dəqiqələr yaşadıb.

 

Lent.az-ın “Sydey Morning Herald” qəzetinə istinadən verdiyi məlumata görə, təkər hissəsinə daxil olduqdan sonra təyyarənin sol qanadına çıxan ilanı sərnişinlər təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra görüblər.

 

Sərnişinlər 1 saat 50 dəqiqə davam edən uçuş boyunca həyəcanla pilotu izləyiblər. Piton saatda mənfi 12 dərəcə şaxtada təyyarənin qanadında qalmağa çalışıb. Küləyin təsiri ilə pitonun təyyarənin qanadına çırpılması səbəbindən təyyarədə qan izləri əmələ gəlib. Buna baxmayaraq, ilan uzun müddət yaşamağı bacarıb. Ancaq  “Qantas” aviaşirkətinə məxsus təyyarə Papua-Yeni Qvineyaya enən zaman pitonun artıq öldüyü məlum olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2639
avatar

Oxşar yazılar