Terrorçular Barselonada kilsəni partlatmaq istəyirmişlər
20 avqust 2017 03:14 (UTC +04:00)

Terrorçular Barselonada kilsəni partlatmaq istəyirmişlər

Kataloniyada terror aktları törətmiş terrorçular əsas hücumu Barselonanın ən məşhur  tarixi abidəsi hesab edilən Müqəddəs Ailə kilsəsinin ərazisində törətməyi planlaşdırıblarmış.    

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  “El Espanol” nəşri məlumat yayıb. Məlumata görə, terrorçular partladıcı qurğularla yüklənmiş avtomobillərdən istifadə etməklə eyni vaxtda üç hücum törətməyi planlaşdırıblar. Avtomobillər sakinlərin daha sıx olduğu ərazilərdə partladılmalı idi.

 

Bu yerlərdən biri inşası 1882-ci ildən fərdi ianələr hesabına həyata keçirilən Müqəddəs Ailə kilsəsi olub. Kilsə şəhərin və xristian dininin rəmzi hesab olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar