Somalidə oktyabrın 14-də törədilən terror aktı nəticəsində ölən insanların sayı 512 nəfərə çatıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə, bundan əvvəl oktyabrın 20-də ölənlərin sayının 358 nəfər olduğu təsdiqlənmişdi. Partlayış nəticəsində yaralananların sayının 316 nəfər olduğu bildirilir.
Qeyd edək ki, oktyabrın 14-də Moqadişoda otellərdən birinin qarşısında minalanmış yük maşını partladılıb.
Terror aktını törətməkdə “Əl Qaidə” ilə əlaqəli “Əş Şəbab” terror qruplaşması şübhəli bilinir.