İraqın keçmiş baş nazirinin müavini, Səddam Hüseynin silahdaşı Tariq Əziz barələrində edam hökmü çıxarılmışlarla bir kamerada saxlanılır.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o,depresiyadan əziyyət çəkir.
Keçmiş hakimiyyət təmsilçisinin vəkili Badiyə Arif deyib ki, Əziz xristiandır.O, edamının tezləşdirilməsi üçün Roma Papasının İraq hakimiyyətindən xahiş etməsini istəyir.
Xatırladaq ki, 2010-cu ildə İraq məhkəməsi Tariq Əzizi «çox saylı qətllər və insanlığa qarşı cinayətə» görə edama məhkum edib. Bu hökmün ömürlük həbslə əvəzlənməsi barədə də xəbərlər yayılıb. Vatikan və Avropa dövlətlərinin İraq hakimiyyətini ölüm hökmünü icra etməməyə çağırmışdı. İraq prezidenti Cəlal Talabani onun edamını ömürlük həbslə əvəzləmişdi.
Hələ 2011-ci ilin dekabrında 2012-ci ilin əvvəlində onun edam olunacağı barədə xəbərlər yayılmışdı. Ancaq sonrada bu da özünü doğrultmadı.