Tanınmış siyasətçi istefaya gedir
09 yanvar 2018 05:28 (UTC +04:00)

Tanınmış siyasətçi istefaya gedir

0

ABŞ-da tanınmış respublikaçı-konqresmen Ed Roys bu il keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Kaliforniya ştatını təmsil edən E. Roys Nümayəndələr Palatasının ən nüfuzlu Beynəlxalq əlaqələr üzrə komitəsinə rəhbərlik edir.

 

O, ötən il Rusiya və Çinə qarşı tətbiq edilən sanksiyaların təşəbbüskarlarından biri kimi tanınır. 67 yaşlı Ed Roys istefasının səbəblərini açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar