Meksikada tanınmış jurnalist qətlə yetirilib. Lent.az BBC-yə istinadən xəbər verir ki, fotoqraf kimi məşhurlaşan Ruben Espinosa paytaxt Meksikada naməlum şəxsin açdılğı atəşə tuş gəlib.
Bildirilir ki, R.Espinosanın cəsədi öz evində tapılıb. Onunla eyni evdə olan daha 4 nəfər də güllələnərək öldürülüb.
Qeyd edək ki, tanınmış jurnalist təhlükəsizliyi ilə bağlı narahatlığını şəhərin hüquq-mühafizə orqanlarına çatdırıbmış.