Tacikistan hakimiyyəti Birləşmiş Ərəb Əmirliyinə tacik müxalifi Ömərəli Qüvvətovun ölkəsinə verilməsi ilə bağlı sorğu göndərib.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, o, bir müddət öncə Dubayda saxlanılıb.
Tacikistanın baş prokuroru Şirxan Səlimzadə bildirib ki, Qüvvətov barəsində cinayət işi açılıb. Prokuror ittiham barəsində dəqiq məlumat verməyib.
Mənbənin məlumatına əsasən, Tacikistanla Əmirlik arasında belə halla üçün uyğun müqavilə imzalanıb.Ona görə də Ö.Qüvvətovun təhvil veriləcəyi ehtimalı daha çoxudr.
O, ötən il dekabırn sonunda rəsmi Düşənbənnin istəyi ilə həbs edilib. Müxalifətçi Dubaya Moskvadan gəlib və oradan da Brüsselə uçmağı planlaşdırırmış. Qüvvətovun iş adamı olduğu deylir. Tacikistan mətbuatı onu neft məhsulları tədarükü ilə məşğul olan «Fəroz» şirkətinin başçısı olduğunu yazıb.Ancaq şirkət bu iddianı inkar edib.
Mənbənin məlumatında bildirilib ki, Qüvvətov prezident İmaməli Rəhmana «24-lər Qrupu»-nu elan edib. 2013-cü ildə isə ölkədə prezident seçkisinin keçiriləcəyi gözlənilir. Qüvvətov da bu kampaniyaya namizəd kimi qatılacağını bildirmişdi.