Tacikistanın Ali Məhkəməsi «Meşə təsərrüfatı və ov» dövlət müəssisəsinin direktoru, 57 yaşlı Halmömin Səfərovun qətlində ittiham olunan Dilavəroş Qasımovu 26 il müddətinə azadlıqdan məhrum edib.
Lent.az-ın «
Bir müddət öncə ölkənin baş prokuroru 2012-ci ilin iyununda qətlə yetirilmiş Halmömin Səfərovla bağlı cinayət işinin detallarını «dövlət sirr» olduğunu bildirmişdi.
Qeyd edək ki, tapançadan qətlə yetirilən direktor Tacikistan prezidenti İmaməli Rəhmanın yeznəsidir.
Müttəhimin vəkili ittihamla tamamilə razı olmadığını, istintaqın heç suçu sübut edə bilmədiyini söyləyib.
Beynəlxalq Əfv Təşkilatı isə Qasımovun işgəncənə məruz qaldığını bildirərək, onun taleyindən rahatsızlığını bildirmişdi.