Suriyadan 77 rusiyalı çıxarılıb
23 yanvar 2013 03:50 (UTC +04:00)

Suriyadan 77 rusiyalı çıxarılıb

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus iki təyyarə Livanın paytaxtı Beyruta uçub. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən həmin təyyarələr Suriyadakı rusiyalıları çıxarmaq üçün həmin ölkədədir.

 

Yayılan xəbərlərə əsasən, təyyarə ilə 77 nəfər rusiyalı ölkəsinə qayıdıb. Beyrutdan uçan ilk «Yak-42» təyyarəsinə 28 nəfər qadın və uşaq minib. Onun ardınca 49 sərnişinlə «İl-76» təyyarəsi ilə Rusiyaya uçub.

 

Hər iki təyyarənin Moskvaya, «Domodedovo»ya enib.

 

Bir müddət öncə Rusiya mətbuatı getmək istəyənlərin 88 nəfər olduğu haqda məlumat yayıb. Livan KİV-in bildirdiyinə görə, Suriya ilə sərhəddən 150 rusiyalının keçdiyi haqda məlumat yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505
avatar

Oxşar yazılar