Suriyanın Hələb şəhərinin Bustanul Kasir rayonunda 80 nəfər əlləri bağlı şəkildə edam edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya İnqilab Şurasından verilən açıqlamada qeyd olunur ki, edam olunan 80 nəfərin arasında uşaqlar da var: “Bu, bir qırğındır. Ola bilsin ki, edam olunanların sayı daha da artsın. Öldürülən şəxslərin cəsədlərinə baxdıqda onların işgəncələrə məruz qaldığı aydın görünür”.
Qeyd edək ki, 2011-ci ilin mart ayında Hələbdə 7081 nəfər həyatını itirib.