Ötən gün də Suriyada qansız ötüşməyib. Lent.az-ın Türkiyə mediasından verdiyi məlumata görə, vətəndaş qarşıdurmasında 160-a yaxın insan dünyasını dəyişib. Suriyanın insan haqları təşkilatının məlumatında bildirilir ki, Əsədə bağlı təhlükəsizlik qüvvələrinin hücumları nəticəsində ölkənin bir çox bölgələrində, Dəməşqdə 58, Hələbdə 41, Derada 21, İdlibdə 16, Hasekedə isə 9 nəfər həlak olub.
Suriya dövlət televiziyası isə Dera şəhərində bomba yüklü bir maşının məscidin yaxınlığında partladıldığını bildirib.