Suriyanın Deraa əyalətində Qətərin «Əl-Cəzirə» telekanalının jurnalisti qətlə yetirilib.
«Jurnalist Məhəmməd Hurani Deraa əyalətinin Bəsr əl-Hərir şəhərində döyüşləri çəkərkən rejimin snayperi tərəfindən öldürülüb»- deyə, «Əl-Cəzirə»nin məlumatında bildirilib.
«Frans Press»-in məlumatına görə, telekanalda işləməzdən əvvəl Hurani Suriya müxalifətinin fəallarından olub.
Hurani Suriyada həftə ərzində qətlə yetirilən ikinci jurnalistdir.
İki-üç gün əvvəl Belçika mediası belçikalı hərbi müxbir İv Debenin Suriyada həlak olduğunu yazmışdı.