Belçikalı hərbi jurnalist İv Debe Suriyada naməlum şəraitdə öldürülüb.
Lent.az-ın RSN agentliyinə istinadən verdiyi məlumata görə, İv Debe hərbi jurnalist kimi “Raids” jurnalı üçün Fars körfəzi, Yuqoslaviya, Əfqanıstan və Livandakı hərbi münaqişələrlə bağlı reportajlar yazıb.
Belçika Xarici İşlər Nazirliyi hələ jurnalistin ölümünü rəsmən təsdiqləməyib.