Türkiyə Silahlı Qüvvələrinin 2 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
İnsident Suriyanın Əl-Bab bölgəsində qeydə alınıb. İŞİD silahlıları türk hərbçilərinin olduğu bölgəni atəşə tutub, nəticədə 2 əsgər yaralanıb. Onların helikopterlə Qaziantepə gətirilərək xəstəxanaya yerləşdirildikləri bildirilir.
Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə İŞİD-ə qarşı “Firat qalxanı” əməliyyatına avqustun 24-də başlayıb.