Suriya müxalifəti yanvarın 9-da ölkənin Hərbi Hava Qüvvələrinə məxsus vertolyot bazasına daxil olublar.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, bu baza İdlib şəhərindən 15 km şimal-şərqdə yerləşir.
Suriyanın Əsəd hakimiyyətinə bağlı informasiya vasitələri bir neçə gün öncə, müxalifətin son zamanlar «Taftanaz»-dakı vertolyot bazasına dəfələrlə basqın etdiyini və bu hücumların dəf olunduğu barədə məlumatlar yaymışdı.