Suriya hərbi polisinin komandanı müxalifətə keçdi
25 dekabr 2012 13:00 (UTC +04:00)

Suriya hərbi polisinin komandanı müxalifətə keçdi

0

Suriya hərbi polisinin komandanı, general-mayor Abdulazih aş-Şalyal müxalifətə qoşulub.

 

Lent.az-ın verdiyi məlumata görə, bu barədə “al-Sharq al-Avsat” qəzeti məlumat yayıb.

 

Abdulazih aş-Şalyal indiyə qədər Suriyada müxalif cəbhəyə keçən ən yüksək rütbəli hərbçidir. O, kəşfiyyat məlumatlarına malikdir, müxaliflərin saxlanıldığı Suriya həbsxanalarını da yaxşı tanıyır.  Abdulazih aş-Şalyalın müxaliflərə qoşulması prezident Bəşər Əsədə ciddi zərbə sayılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1315

Oxşar yazılar