Oktyabrın əvvəlində təqdim ediləcək 2017-ci il üçün Sülh üzrə Nobel mükafatına 318 nəfərin namizədliyi irəli sürülüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Norveç Nobel İnstitutundan bildirilib.
Məlumata görə, namizədlərdən 215-i fiziki şəxs və 103-ü isə təşkilatdır.
Qeyd edək ki, 2016-ci il üçün Sülh üzrə Nobel mükafatına 376 nəfərin namizədliyi irəli sürülmüşdü.
Laureatın seçimi prosesi 7 ay davam edəcək.