[b]Süleyman Kərimov zəmanətlə azadlığa buraxıldı[/b]
23 noyabr 2017 03:47 (UTC +04:00)

[b]Süleyman Kərimov zəmanətlə azadlığa buraxıldı[/b]

0

Ötən gün Fransanın Nitsa şəhərində saxlanılan Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov 5 milyon avro məbləğində zəmanətlə azadlığa buraxılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nitsa şəhər prokuroru Jan-Mişel Pretr bildirib.

 

Eyni zamanda S.Kərimova Fransanı tərk etmək qadağan edilib.

 

Qeyd edək ki, "Nafta-Moskva" şirkətinin sahibi, 51 yaşlı Süleyman Kərimov vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur. “Forbes” jurnalına əsasən, S.Kərimovun sərvəti 2016-cı ildə 1.6 milyard dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar