Şri-Lanka hakimiyyəti Səudiyyə Ərəbistanını ittiham edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 2005-ci ildə Səudiyyə Ərəbistanında ev qulluqçusu işləyən17 yaşlı Rizan Nafiik baxdığı «uşağın ölümündə» günahlandırılaraq, məhkəmənin qərarı ilə başı bədənindən ayrılmışdı. Mənbənin bildirdiyinə görə, o,istintaq zamanı bu ittihamı inkar edib.
Şri-Lankanın iddiasına əsasən, Səudiyyə Ərəbistanı bununla Uşaq hüququ haqqında beynəlxalq konvensiyanı pozub. Həmin sənədə görə, həddi-büluğa çatmayanlar barəsində ölüm hökmü çıxarıla bilməz.