Siqaret yasağı uşaqların sağlığına müsbət təsir göstərib
22 yanvar 2013 07:43 (UTC +04:00)

Siqaret yasağı uşaqların sağlığına müsbət təsir göstərib

İngiltərədə ictimai yerlərdə siqaret çəkilməsi yasaqdır. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu qərarın icrasından sonra uşaqlar arasında bronxial astma ilə xəstələnənlərin sayı kəskin azalıb. Londondakı İmperiya Kolleci alimlərinin apardığı araşdırmaların nəticəsi belədir.

 

Mənbənin bildirdiyinə əsasən, bu qanun tətbiq olunanadək uşaqlar arasında bu diaqnozla xəstələnənlərin sayı hər il 2 faiz artırdısa, yasağın tətbiq edildiyi ilk ildə belə xəstələrin sayı 12 faiz azalıb.

 

Britaniya ictimaiyyəti bu göstəriciləri ümidverici şad xəbər kimi qarışlayıb.

 

Xatırladaq ki, krallıqda ictimai yerlərdə siqaret çəkilməsi 2007-ci ildən qadağan olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965
avatar

Oxşar yazılar