BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın kosmik agentliyinə qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı sənədi birsəslə qəbul edib.
Şimali Koreyanın yaxın müttəfiqləri Rusiya və Çinin bu qadağa səs verməsi də maraqlı məsələlərdən sayılır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb rəsmi Pxenyanın uzaq mənzilli raketləri sınaqdan keçirməsidir.
Qeyd edək ki, 2012-ci il dekabrın 12-də Şimali Koreya beynəlxalq ictimaiyyətin etirazına baxmayaraq, «Inxa-3» raketini buraxmışdı.
BMT-nini yuxarıda qeyd etdiyimiz sanksiyasından sonra Şimali Koreyanın Xarici İşlər Nazirliyi bildirib ki, öz hərbi potensialını artırmaq və nüvə proqramını inkişaf etdirmək niyyətindədir.