Şimali Qafqazda Rusiya imperiyasına qarşı mübarizə əfsanəvi Şeyx Şamilin ordusunun bayrağı tapılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu bayraq Şeyx Şamilin ölümündən sonra itib.
Sonradan bayrağın Şeyx Şamilin övladlığa götürdüyü bir nəfər tərəfindən satıldığı məlum olub. 24 il əvvəl Türkiyədə yaşayan Şimali Qafqaz əsilli Dahan Özilə antik əsərlərlə maraqlanan dostu zəng açıb, Şeyx Şamilin bayrağının satıldığını söyləyib. Dahan Özil bayrağı satan şəxsə bildirib ki, bunun qiyməti yoxdur, əvəzində onda olan əsərlərin, rəsmlərin hansını istəyir, verə bilər. Beləliklə, razılıq əldə olunub və Dahan Özil Şeyx Şamilin bayrağını alıb.
Bayrağın kənarında Qurani-Kərimin “Fatihə” surəsi yazılıb. Bayrağın ortasında aypara, ayparanın ortasında isə Allah, Məhəmməd peyğəmbər və xəlifələrin adları yazılıb, Davudun beşguşəli ulduzu əks olunub. Bayrağın bu qismi həm də Şeyx Şamilin möhüründə əksini tapıb, yəni möhürdə aypara, Allah, Məhəmməd peyğəmbər və xəlifələrin adları yazılıb, Davudun beşguşəli ulduzu əks olunub. Hazırda Şeyx Şamilin varislərində də belə möhür var. Şeyx Şamilin bayrağının üzərində qan ləkələri var. Bu da bu bayrağın qanlı döyüşlərdə necə qorunduğundan xəbər verir.