Amerikalılar son günlər çaşqın vəziyyətdədirlər.
Lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, televiziya kanallarında və proqramlarında Vaşinqton ştatında yaşanan olay əsas müzakirə mövzusudur.
Söhbət 51 yaşlı Donna Langenin iri döşləri ilə sevgilisini boğaraq öldürməsindən gedir. Bir mənzildə yaşayan iki sevgili anidən mübahisə etməyə başlayıb. Çəkisi 87 kiloqrama çatan Donna Lange sevgilisini yer yıxaraq üzərinə çıxıb, köksləri ilə onu boğmağa başlayıb. Donna Lange boğulmaqdan can qurtarmaq istəyən sevgilisinin onun saçlarını yolmasına baxmayaraq, üzərindən qalxmayıb. Qışqırtını eşidən qonşular polisə zəng açıblar. Polis mənzilə daxil olanda gördüyü mənzərədən şoka düşüb. Ağır vəziyyətdə olan kişi xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Donna Lange adam öldürmək ittihamı ilə mühakimə olunacaq.
Qeyd edək ki, bənzər olay iki ay əvvəl Almaniyada da yaşanıb. İri kökslü qadın vəkil sevgilisini köksləri arasına sıxışdıraraq boğmağa çalışmışdı.