Bu ilin fevralı və ya martında Serbiya Tomislav Nikoliçlə Kosovo lideri Atifət Yəhya arasında görüşün keçiriləcəyi gözlənilir.
Lent.az-ın «RİA-Novosti» -yə istinadən məlumatına görə, görüş zaman iki tərəf arasında münasibətin tənzimlənməsinin müzakirə olunacağı nəzərdə tutulub.
Xatırladaq ki, 2008-ci ildə Kosovo özünü bir tərəfli qaydada müstəqil elan edib. Rəsmi Belqrad isə onu tanımaqdan imtina etməkdədir. Bu müddət ərzində isə tərəflər arasında görüş keçirilməyib. 2012-ci ilin oktyabrında Avropa Birliyinin ali komissarı Ketrin Eştonun vasitəçiliyi ilə Brüsseldə Serbiyanı baş naziri İvits Daçiçlə Kosovonun hökumət başçısı Haşim Taçi arasında keçirilən görüş olub.
Kosovo prezidentinin müşaviri Ramuş Tahiri görülə bağlı deyib:«Əsas diqqət ölkələr arasında danışıqlara yönələcək. Prezidentlərin yeni məsələlərdən danışması imkansızdır. Ancaq onların görüşü yeni məsələlərin müzakirəsinə təkan verə bilər».