Serbiya prezidenti Kosovonu tanımaqdan imtina edib
17 yanvar 2013 06:29 (UTC +04:00)

Serbiya prezidenti Kosovonu tanımaqdan imtina edib

Serbiya prezidenti Tomislav Nikoliç Kosovo ilə bağlı açıqlama verib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib ki, ölkəsinin Avropa Birliyinə üzvlüyü Kosovonun tanınmasından asılı olsa da, rəsmi Belqrad onu heç vaxt tanımayacaq.

 

Xatırladaq ki, Kosovo 2008-ci ildə müstəqilliyini elan edib. Serbiya onu «qiyamçı əyalət» sayır.

Mənbənin bildirdiyinə əsasən, Kosovonun hökumət başçısı Haşim Taçi ilə Serbiyanın  baş naziri İvitsa Daşiçin ötən ilin oktyabrında görüşü prezidentin çıxışı fonunda daha praqmatik görünür.

 

Qeyd edək ki, Kosovanın müstəqilliyini 90 ölkə, o cümlədən Avropa Birliyinin 27 üzvündən 22 tanıyıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663
avatar

Oxşar yazılar