Qondarma Donetsk xalq respublikasının Baş naziri Aleksandr Zaxarçenko Donbasda humanitar fəlakətin miqyasının böyüməsinə yol verməmək üçün atəşkəsə hazır olduğunu bildirib.
APA-nın məlumatına görə, bu barədə qondarma respublikanın mətbuat xidməti bəyanat yayıb.
“Atışmalar zamanı dinc sakinlər həlak olur. Şəhərə hücum olunarsa qurbanların sayı kəskin artacaq. Biz atəşkəsə hazırıq”- Zaxarçenko qeyd edib.