Sankt-Peterburqda Məmməd üçün pul toplamağa başladılar
25 dekabr 2012 12:11 (UTC +04:00)

Sankt-Peterburqda Məmməd üçün pul toplamağa başladılar

Qan xərçəng xəstəliyi diaqnozu qoyulmuş Azərbaycan vətəndaşı Məmməd Məmmədovun müalicəsi üçün Sankt-Peterburqda pul toplanır.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Məmməd Sankt-Peterburqda Svetlana Zaqrutdinova ilə tanış olub və ailə qurub.

Cütlüyün niyyəti evləndikdən sonra Azərbaycana qayıtmaq olub, lakin Məmmədə adi boğaz ağrısı və qulaqda güclü ağrıların başlaması, daha sonra həkimlərin ona qan xərçəngi diaqnozu qoyması bu niyyətin gerçəkləşməsinə mane olub.

 

Indi məlum olub ki, 28 yaşlı Məmmədi yalnız sümük iliyi köçürməklə xilas etmək olar. Əks halda, onu ölüm gözləyir. Məmməd Azərbaycana gedib, müalicə kursu keçsə də, faydasız olub. Atası oğlunun müalicəsi üçün hər şeyini satıb, ancaq Azərbaycan həkimləri bu xəstəliyin müalicəsində gücsüz olduqlarını etiraf ediblər. Əməliyyatı yalnız Rusiyada etmək mümkündür. Rusiyada isə  xaricilər üçün müalicə pulludur və Məmmədə 120 min dollar lazımdır.

İndi yüzlərlə Sankt-Peterburq sakini soydaşımızın müalicəsi üçün pul toplayır. Məmməd üçün yardım kampaniyasını “AdVita” Xeyriyyə Fondu keçirir. Artıq Almaniyada donor da tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1501

Oxşar yazılar

Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09