Saakaşvili parlamenti buraxmaq niyyətində deyil
17 yanvar 2013 21:35 (UTC +04:00)

Saakaşvili parlamenti buraxmaq niyyətində deyil

Gürcüstan prezidenti Mixail Saakaşvili bu ilin payızında parlamenti buraxacağı ilə bağlı mətbuat yayılan ehtimalları təkzib edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bir müddət öncə  baş nazir Bidzina İvanişvili müsahibəsində bildirmişdi ki, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı Saakaşviliyə fürsət verməyə hazırdır.

 

«Mənim elə bir planım yoxdur. onların (İvanişivilinin «Gürcü arzusu»ru-nəzərdə tutur-red.) verdikləri vədlərin hamısına əməl edəcəyinə inanmıram. Qoy, xalq hər şeyi görsün. İndi onlara Gürcüstan əhalisi qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmələri üçün imkan verirəm» - deyə, Saakaşvili bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725
avatar

Oxşar yazılar