Gürcüstan prezidenti Mixail Saakaşvili amnistiya barəsində qanuna qoyduğu vetonun götürülməsini ölkə parlamentarizminin tarixində “rüsvayedici səhifə” adlandırıb.
Lent.az-ın “RİA-Novosti”-yə istinadən məlumatina görə,o, xalqa müraciətində.deyib: “Bu qərar Gürcüstanın dövlətçiliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş qərardır”., bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili
Mixail Saakaşvili azyaşlılara qarşı “cinsi istismar ittihamı ilə tutulanların, quldurların və Rusiya casusların azadlığa buraxılması”na kəskin etirazını bildirib.
“İşğala məruz qalmış ölkənin işğalçı-casusları azadlığa buraxması ağlasığmazdır. Bundan sonra biz dövlətin təhlükəsizliyi, Gürcüstanın təhlükəsizliyi barədə necə danışa bilərik? bir vaxt bu göstəricilərə görə Avropada birinci sıralarda göstərilən dövlət indi azadlığa üç min cinayətkar buraxır” - deyə, dövlət başçısı qeyd edib.
Gürcüstan prezidenti cəmiyyəti bir olmağa və ölkəni uçuruma aparanların, dövləti Rusiyadan siyasi, iqtisadi və enerji asılılığına salmağa çalışanların qalib gəlməsinə yol verməməyə çağırıb.
Xəbər verildiyi kimi, Gürcüstan parlamenti bu gün keçirilmiş plenar iclasda keçən həftə qəbul olunmuş amnistiya barədə qanuna Saakaşvilinin qoyduğu vetonu götürməyə müvəffəq olub.
Məlumata görə, qanunun ilkin variantına 91 deputat səs verib, bu da vetonun götürülməsinə kifayət edib.
Qeyd edək ki, prezidentin təklif etdiyi qanun layihəsində amnistiya 190 siyasi məhbusa, azyaşlılara qarşı cinsi istismar ittihamı ilə tutulanlara və narkotik satışına görə məhkum olunmuş şəxslərə şamil olunmurdu. Lakin parlament bu düzəlişləri qəbul etməyib.
Mixail Saakaşvili bu günlərdə tələbələrlə keçirilmiş görüşdə qeyd edib ki, Gürcüstanda siyasi məhbus olmayıb və yoxdur.
Təsdiq olunmuş amnistiya barədə qanuna görə, yaxın vaxtda 3 mindən çox məhbus azadlığa çıxacaq.