Rusiya Hərbi Texnologiya Şirkətinin direktoru Aleksandr Fomin yeni silah sifarişi aldıqlarını bildirib.
Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, bununla da Rusiyanın silah ixracatı son 10 ildə üç dəfə artıb. Rusiya Hərbi Texnologiya Şirkətinin direktoru bununla bağlı mətbuata açıqlama verib.
O, deyib: “2003-ci ildən bəri silah ixracatı üç dəfə artıb. 46 milyard ABŞ dolları dəyərində yeni silah sifarişi almışıq”.
A. Fomin Rusiyanın silah satdığı ölkələr siyahısına Əfqanıstan, Tanzaniya, Oman və Qananın da əlavə olunduğunu söyləyib: “Rusiyanın silah ixracatı 15,2 milyard dolları ötüb”.
Mənbənin xatırlamasına əsasən, ABŞ-dan sonra dünyanın ikinci böyük silah ixracatçısı Rusiya Suriya, Çin, Hindistan, Malayziya, Venesuela kimi ölkələr başda olmaqla 55 ölkəyə silah ixrac edir.