Rusiyanın müdafiə planı hazırlanıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün müdafiə naziri Sergey Şoyqu müdafiə planını prezident, Ali Baş Komandan Vladimir Putinə təqdim edib.
Sergey Şoyqu deyib ki, plan üzərində 49 nazirlik və idarə işləyib, bütün detallar, fraqmentlər nəzərə alınıb. Plan riskləri, perspektivi, gələcək inkişafı, o cümlədən dövlət silahlanma proqramını da nəzərdə tutur: Yaxın 10 ildə bizi gözləyən proseslər analiz edilib. Buna görə də hesab edirik ki, müdafiə planı təsdiqlənməyə hazırdır. Ancaq təbii ki, bu, yekun müdafiə planı deyil, sözsüz ki, ölkəmiz ətrafında baş verəcək müxtəlif hadisələrlə əlaqədar olaraq planda korrektələr mümkündür”.
Vladimir Putin də müdafiə proqramı ilə daha ətraflı tanış olacağını söyləyib.