Avstraliya hakimiyyəti Melburnda rusiyalı silah alverçisi Viktor Butun tərəfkeşi Riçard Çiçaklini həbs edib.
Lent.az-ın «
Prokurorun bildirdiyinə əsasən, Çiçakli Butla birlikdə beynəlxalq sanksiyaları pozaraq, təyyarə alıb, «dünyanın münaqişə ocaqlarına» silah daşımağı planlaşdırıbmışlar. O, dələduzluqda və «çirkli pulların yuyulmasında» da ittiham olunur. Bu ittihamlar təsdiqlənərsə, onda Çiçakli 20 il azadlıqdan məhrum ediləcək.
Viktor But isə 2008-ci ildə Tailandda həbs olunub. O, ABŞ hakimiyyəti onu terrorçu qruplara silah satmaqda ittiham edirdi. Bir müddət sonra But Kolumbiyadakı qiyamçılara silah satmaq istədiyini etiraf edib. Bu kimi əməllərinə görə, Rusiya vətəndaşı V.Buta 25 il iş kəsilib.