Rusiyalı rəsmidən Azərbaycana növbəti sayğısızlıq
29 yanvar 2013 16:08 (UTC +04:00)

Rusiyalı rəsmidən Azərbaycana növbəti sayğısızlıq

“Azərbaycanın Dağlıq Qarabağ üzərində uçuş həyata keçirən mülki təyyarələri vuracağı barədə söylənilənlər ya uğursuz şərh, ya da uğursuz zarafatdır”.

Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja İrəvanda jurnalistlərin sualını cavablandırarkən söyləyib.

Nikolay Bordyuja deyib ki, Azərbaycanı ümumbəşəri normaları dəstəkləyən sivil dövlət sayır: “Çox şübhə edirəm ki, hər hansı ölkənin rəhbərliyi mülki təyyarənin qəsdən vurulması barədə əmr versin. Bizim tariximizdə belə hadisə Uzaq Şərqdə olub, dünya ictimaiyyətinin də buna necə reaksiya verdiyini xatırlayıram. Düşünmürəm ki, bu gün hər hansı dövlət həqiqətən mülki təyyarələri məhv etməyə icazə versin. Bu informasiyaya ciddi yanaşmıram”.

Qeyd edək ki, Nikolay Bordyuja bu vaxta qədər də ermənipərəst bəyanatları ilə yadda qalıb, Azərbaycan torpaqlarının işğalı faktına obyektiv münasibət bildirməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1352
avatar

Oxşar yazılar