Rusiyanın Tomsk vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Moskva vaxtı ilə saat 06:26-da qeydə alınıb. Zəlzələnin episentri Kolpaşevo şəhərindən 280 km aralıda yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.