İrkutskda spirtli içkidən ölənlərin sayı 40-ı keçdi - <span style="color:red;">YENİLƏNİB
19 dekabr 2016 16:55 (UTC +04:00)

İrkutskda spirtli içkidən ölənlərin sayı 40-ı keçdi - YENİLƏNİB

0

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənən 57 nəfərdən 41-i ölüb.

 

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə İrkutsk şəhərinin Lenin rayonunun prokuroru Stanislav Zubovskiy məlumat verib.

 

Bildirilir ki, xəstəxanaya çatdırılanların əksəriyyəti koma vəziyyətində olub. Hazırda sağ qalanların vəziyyəti ağır qiymətləndirilir.

 

**

12:12

 

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən ölənlərin sayı artır.

 

APA-nın xəbərinə görə, şəhərin Lenin rayonun prokuroru Stanislav Zubovski RİA "Novosti" agentliyinə bildirib ki, ölənlərin sayı 26 nəfərə yüksəlib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib.

 

Şəhərdə 40-dək satış nöqtəsində "Boyarışnik" içkisinin satıldığı  müəyyənləşdirilib.

 

Zəhərlənməyə səbəb olan spirtli içini yayan iki nəfər artıq tutulub.

 

Xeyli miqdarda məhsul qeyri-qanuni dövriyyədən çıxarılıb.  

 

 

***

 

saat 11.06

 

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı 19-a çatıb, 40 nəfər isə xəstəxanada həkim nəzarəti altındadır.

 

APA-nın xəbərinə görə, bu barədə RİA "Novosti”  Rusiya İstintaq Komitəsinin İstintaq  İdarəsinə istinadən məlumat yayıb.

 

Hadisə ilə bağlı Prokurorluq, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi xətti ilə təhqiqat aparılır.

 

Məlumatda bildirir ki, müayinə zamanı spirtli maddənin tərkibində metanol aşkar edilib.

 

**

06:49

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı 14 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 8 nəfərin öldüyü bildirilirdi.

 

Son məlumata əsasən, gecə saatlarında xəstəxanalarda daha 6 nəfər dünyasını dəyişib. Ümumilikdə, zəhərlənmə əlamətləri ilə xəstəxanalara 37 nəfər çatdırılıb.

 

Ölən şəxslərin yemişan tərkibli spirtli içkidən zəhərləndikləri ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. Faktla bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları spirtli içkilərin satıldığı ticarət obyektlərində yoxlama aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 489

Oxşar yazılar