Rusiya Dövlət Duması Cinayət məcəlləsinin 27 maddəsi üzrə mühakimə olunanların əfvi haqda qərar qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu qərarın Federasiya Şurası tərəfindən təsdiqlənməsinə və prezident tərəfindən imzalanmasına ehtiyac yoxdur. O, dərc olunduğu gündən qüvvəyə minir. Əfv qərarı yarım il ərzində fəaliyyət göstərəcək.
İqtisadi amnistiya sahibkarlıq sahəsində cinayət törətmiş və ilk dəfə mühakimə olunanlara şamil ediləcək.
Bu qərar zor tətbiq edərək, cinayət törətmişlərə tətbiq olunmayacaq.
Son 5 ildə Rusiyada iqtisadi cinayətə görə 250 min nəfər həbs olunub. Ancaq bu əfvin 10 min məhkuma şamil ediləcək.