Rusiyada ən təhlükəli 3 azərbaycanlı narkotacir
22 yanvar 2013 10:46 (UTC +04:00)

Rusiyada ən təhlükəli 3 azərbaycanlı narkotacir

 

 

 

Rusiya Narkotik Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin xahişi ilə “Rossiyskoy qazete” ölkədə axtarılan ən təhlükəli 5 narkotacir barədə məlumat yayıb.

Lent.az-ın “Rossiyskoy qazete”-yə istinadən verdiyi məlumata görə, bu cinayətkarları görən şəxslərin dərhal Federal Xidmətə zəng açmaları barədə xahiş olunur.

 

Rusiyada axtarılan ən təhlükəli 5 narkotacirdən biri Rusiya, biri Tacikistan, digər üçü isə Azərbaycan vətəndaşıdır. Bu Azərbaycan vətəndaşlardan Əbdürəhmanov Rauf Afiz oğlu 1961-ci il iyulun 27-də Bakıda anadan olub. O, 1 kq 200 qr həşiş qaçaqmalçılığı və satışı ilə bağlı axtarılır. Rauf Əbdürəhmanov dəfələrlə mütəşəkkil cinayətkar dəstənin tərkibində Dağıstana narkotik vasitələr gətirilməsində və paylanılmasında iştirak edib.

 

Əzizov Mirislam Beytulla oğlu 1963-cü il fevralın 7-də Azərbaycanda anadan olub. O, Sankt-Peterburqa böyük həcmdə həşiş gətirməklə məşğul olduğu üçün dövlətlərarası axtarışa verilib.

 

Əsədullayev Cəmil Kamil oğlu da federal axtarışdadır. 1961-ci il yanvarın 4-də Lənkəranın Şahlasər kəndində anadan olmuş Cəmil Əsədullayev cinayətkar qruplaşmanın tərkibində Buryatiya Respublikası ərazinə dəfələrlə böyük həcmdə heroin gətirilməsində iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2606
avatar

Oxşar yazılar