Rusiyada qəza nəticəsində “Başqırdıstan Elektrik Şəbəkəsi” şirkəti tərəfindən elektrik enerjisinin verilişində fasilə yaranıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nəticədə Ural regionunda 1 milyondan çox sakin elektrik enerjisiz qalıb.
“Ümumilikdə 1.138.200 nəfər işıqsız qalıb”, - deyə şirkətin məlumatında bildirilir.
Məlumata görə, Başqırdıstanda 703,4 min, Çelyabinsk vilayətində 430 min, Orenburq vilayətində 4,8 minədək sakin elektrik enerjisiz qalıb.