Rusiyada 1 milyona qədər insan fahişəliyə cəlb olunub, onların bir çoxu yetkinlik yaşına çatmayanlardır. Lent.z-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, bunu Rusiya daxili işlər nazirinin müavini İqor Zubov söyləyib.
İqor Zubov deyib ki, keçən il fahişəliklə bağlı 10,5 min nəfər inzibati məsuliyyətə cəlb olunub. Ancaq daxili işlər nazirinin müavini rəsmi rəqəmlərin reallıqla müqayisədə çox aşağı göründüyünü də etiraf edib.
Qeyd edək ki, Rusiya Dövlət Duması bu gün 16-18 yaşlı yeniyetmələrin seksual xidmətlərindən istifadə edənlər üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini müzakirə edir.