Rusiya və Qazaxıstan arasında hava hücumundan vahid regional müdafiə sistemi haqqında saziş imzalanıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, sənəd Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Astanaya səfəri zamanı Qazaxıstan müdafiə naziri Adilbek Caksıbekovla apardığı danışıqlardan sonra imzalanıb.
Sergey Şoyqu jurnalistlərə açıqlamasında deyib ki, hava hücumundan vahid regional müdafiə sistemi ilə bağlı saziş 6 ildir ki, hazırlanır və özündə raket hücumundan müdafiə elementlərini də birləşdirir.