Rusiyanın özəl şirkətlərindən biri Yerdən 217 mil uzaqlıqda - açıq kosmosda otel yaratmağı qərara alıb.
AZƏRTAC billionnews.ru saytına istinadla bildirir ki, otel 7 kosmik turist üçün nəzərdə tutulub. Kosmosda 5 günlük yaşamaq turistlərə uçuşla birgə təqribən 500 min dollara başa gələcək. Burada istirahətdən başqa, turistlər elmi tədqiqatlarla da məşğul ola biləcəklər.
Kosmik oteldə yaxşı qidalanacaq turistlərə spirtli içkilər qadağan olunacaq.