Rusiya Duması Kubanın 35,2 milyard dollarlıq borcunun silinməsi haqda hökumətlərarası razılaşmanı təsdiqləyib.
Lent.az-ın “Rosbalt”-a istinadən məlumatına görə, söhbət keçmiş SSRİ–nin Kubaya verdiyi kreditdən gedir.
Razılaşmaya əsasən, Kubanın borcunun 90 faizi silinəcək, qalan 3,5 milyard dollar isə 10 il ərzində hissə-hissə ödəniləcək.