Rusiya Hindistana 3 milyardlıq silah satacaq
25 dekabr 2012 06:55 (UTC +04:00)

Rusiya Hindistana 3 milyardlıq silah satacaq

0

 

 

Rusiya prezidenti Vladimir Putin Hindistana səfər edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, tərəflər arasında həbri -texniki sahəyə dair, 3 milyard dollarlıq iki müqavilə imzalanıb.

 

Vdalimir Putinlə Hindistanın baş naziri Manmoxan Sinqh birgə bəyanatla çıxış edib.

 

Onlar Suriyadakı vəziyyətdən rahatsızlıqlarını bildirərək, münaqişə edən tərəfləri qan tökmyə dayandırmağa, eləcə də ümummilli danışığa çağırıblar. Dövlət liderləri «terrorçulara yardım edənlərin, belələrinə sığınacaq verənlərin» fəaliyyətini də mühakimə ediblər.

 

Mənbənin bildirdiyinə əsasən, 2012-ci ildə Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 10 milyard dollar olub. Bununla yanaşı son ilyarımda Rusiya Hindistana qırıcı təyyarələr, ağır hərbi-nəqliyyat və zərbə endirəcək vertolyotları , eləcə də yanacaq dolduran – təyyarələr  satmaq üçün elan olunmuş tenderi uduzub.

 

Putinin səfəri zamanı imzalanmış müqaviləyə əsasən, Moskva Dehliyə 1,3 milyard dollarlıq  71 ədəd «Mi-17B-5» vertolyotu, habelə 1,6 milyard dollarlıq 42 ədəd «Su-30 MKİ» tədarük edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 697

Oxşar yazılar