Rusiya rəsmi Dəməşqə müraciət edərək danışıqlar müddətində bombardmanları dayandırmağa çağırıb.
APA-nın “RNS”-ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.
Onun sözlərinə görə, bu addım Suriyada atəşkəs rejiminin davamlılığına kömək edəcək.
Qeyd edək ki, bu gün Staffan de Mistura Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Görüşdə Suriya üzrə Cenevrə və Astanada aparılan danışıqlar, ölkədə münaqişənin nizamlanması müzakirə edilib.