Rusiya Desant Qoşunlarının komandanı qəzaya düşdü
20 sentyabr 2017 04:22 (UTC +04:00)

Rusiya Desant Qoşunlarının komandanı qəzaya düşdü

 

 

Rusiya Hava Desant Qoşunlarının komandanı  general-polkovnik Andrey Serdyukov Murmansk yaxınlığında baş verən avtomobil qəzasında xəsarət alıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə  görə, qəza Murmansk vilayətinin Kolski rayonunda baş verib.

 

“Fərdi minik avtomobilinin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çaxaraq hərbi karvanın tərkibində hərəkət edən mikroavtobusla toqquşub”, - deyə məlumatda bildirilir.  

 

Qəza nəticəsində  Andrey Serdyukov və onu müşayiət edən hərbçilər xəsarət alıblar. Onlar hərbi hospitala yerləşdiriliblər, onlara artıq tibbi yardım göstərilib.  Serdyukovun  vəziyyətinin orta-ağır olduğu bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar