Rusiya daha 48 ukraynalı hərbçini vətəninə qaytardı
Rusiya ərazisinə keçən Ukrayna hərbçilərindən daha 48 nəfəri vətəninə qaytarılıb.
Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə nümayəndəsi Vasili Malayev bildirib.
“Hazırda Ukraynanın 48 hərbçisi müvəqqəti düşərgədən “Veselo-Voznesenka” sərhəd nəzarət-buraxılış məntəqəsinə gətirilib. Yaxın zamanda onlar Ukrayna tərəfə təhvil veriləcək”, deyə Malayev bildirib.
Xatırladaq ki, avqustun 4-nə keçən gecə Ukraynanın 400-dən çox hərbçisi Rusiyanın Rostov vilayətinə keçib.
678